35 yaşlı Veynaldum İPL-ə qayıtmağı planlaşdırır

35 yaşlı Veynaldum İPL-ə qayıtmağı planlaşdırır

"Liverpul"un, "Nyukasl"ın və PSJ-nin sabiq yarımmüdafiəçisi, hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttifaq"ın formasını geyinən Jorjinyo Veynaldum İngiltərə Premyer Liqasına qayıtmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.

Mənbə indiki klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq niderlandlı futbolçunun karyerasını bitirmək haqda düşünmədiyini vurğulayıb. Onun formada qaldığı və 35 yaşı olmasına rəğmən, yenidən İPL-də top qovmaq üçün fiziki göstəricilərinə güvəndiyi bildirilib.

Bu mövsüm "Əl-İttifaq"ın heyətində 28 matça çıxan Veynaldum 15 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər