İtaliya A Seriyasının qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Yuventus" sona 3 tur qalmış çempionluğunu elan edib.
Turin klubu ötən gün səfərdə "Fiorentina"nı 2:1 hesabı ilə yenib. Çempionluğun taleyi isə bu gün müəyyənləşib. Belə ki, ikinci pilləni tutan "Napoli" səfərdə "Roma"ya yenilib - 0:1. Beləliklə, sona 3 tur qalmış 1-2-ci pillər arasında 12 xallıq fərq yaranıb. Bu isə "Yuventus"un çempionluğunu elan etməsi ilə nəticələnib.
Qeyd edək ki, "Yuventus" ardıcıl 5-ci, ümumilikdə 32-ci dəfə İtaliya çempionu olub. Komandanın iki çempionluğu isə "Calciopoli qaqmaqalı"na görə əlindən alınıb.
Fanat.az