"3 xalı ölkəmiz üçün qazanmaq istəyirik" - Sərgən Yalçın

"3 xalı ölkəmiz üçün qazanmaq istəyirik" - Sərgən Yalçın

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.

Fanat.Az xəbər verir ki, C qrupunda mübarizə aparan Türkiyənin "Beşiktaş" klubu öz meydanında Portuqaliya "Sportinq"ini qəbul edəcək. 

İstanbul təmsilçisinin baş məşqçisi Sərgən Yalçın ötən axşam oyunöncəsi keçirilən mətbuat konfransında çıxış edib:

"Sabah (red. - bu gün) yaxşı oynayan, mübarizə aparan, 3 xal almış "Beşiktaş" görmək istəyirik. Bunlar olması vacib olan şeylərdir. Avropada artıq sistem çox inkişaf edib. Başa-baş oynamaq istəyiriksə, bu sistemə ayaq uydurmaq məcburiyyətindəyik. Türkiyə tempi ilə getsək, Avropada şansımız qalmayacaq. İki liqa arasındakı problemi oynadığımız oyunlarda görürük. Çempionlar Liqasında şərtlər çox yuxarıdır, o səviyyəyə çatmaq lazımdır. 

Mövsümə yaxşı başlamışdıq. Ancaq zədələr komandanı böldü. Onların geri qayıtması üçün çalışırıq. Buraxdıqları kimi yox, əksik qayıdırlar. Bərpa üçün isə təbii olaraq zaman lazımdır. Ancaq bizim o qədər vaxtımız yoxdur. Ən tez sağalan və hazır olanlarla ən yaxşısını etməyə çalışırıq. "Sabah" (red.- bu gün) oyun çox yaxşı keçər deyə bilmərəm, udub-uduzmaqla bağlı da bir söz deyə bilmərəm. Ancaq Çempionlar Liqası bizim üçün, ölkəmiz üçün çox vacibdir. 3 xalı ölkəmiz üçün qazanmaq istəyirik". 

Qeyd edək ki, "Beşiktaş" - "Sportinq" matçı Bakı vaxtı ilə 20:45-də start götürəcək.

Xatırladaq ki, C qrupunda mübarizə aparan hər iki komandanın xalı yoxdur və 3-4-cü yerləri bölüşdürürlər. Qrupa isə 6 xalla "Ayaks" başçılıq edir. İkinci yerdə isə "Borussiya" (Dortmund) qərarlaşıb. Alman klubunun da hesabında 6 xalı var, sadəcə top fərqinə görə ikinci pillədə yerləşib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər