Milli komandamızın üzvü Timur Temeltaş klubsuz qalıb. Fanat.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Altınordu"ndan ayrılıb.
Bu barədə klubun rəsmi "Twitter" hesabı məlumat yayıb. "Tolgahan və Timur Temeltaşa klubumuza xidmətlərinə görə təşəkkür etdik və yollarımızı ayırdıq" deyə açıqlamada bildirilir.
Timur PTT 1-ci liqa klubunu tərk edən 8-ci futbolçu olub. Ondan başqa Yener Arıca, Ahmet Arı, Murat Yılmaz, Evren Üstündağ, Cengiz Ünder, Çağlar Söyüncü və Tolgahan komandanı tərk edib.
Türkiyə mətbuatının məlumatına görə, baş məşqçi Hüseyn Eroğlunun istəyi ilə göndərilən Timura PTT 1-ci liqadan 3 klub elçi düşüb. Onu "Balıkesirspor"la yanaşı, PTT 1-ci liqaya yüksələn "Ümraniyespor" və "Bandırmaspor" istəyir.
Qeyd edək ki, 2013-cü ildən"Altınordu"nda çıxış edən Timur indiyədək 81 rəsmi oyuna çıxıb və 10 qol vurub.
Fanat.az