3 məşhur klub Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yaydı

3 məşhur klub Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yaydı
"Real", "Barselona" və "Yuventus" klubları Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yayıb.
Fanat.Az xəbər verir ki, hər üç klub təzyiq və təhdidlərə baxmayaraq müasir futbolda islahatlara davam edəcəklərini bildirib.
Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları Avropa Liqasında iştiraklarını təsdiqləmişdilər. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar əksər klublar turnirdən imtina etdi. Hazırda Super Liqada yalnız "Real", "Barselona" və "Yuventus" qalıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər