3-cü liqa klubundan "Real"a gülünc təklif - MƏZƏLİ XƏBƏR

3-cü liqa klubundan "Real"a gülünc təklif - MƏZƏLİ XƏBƏR
Türkiyənin 3-cü liqasında çıxış edən "Tekirova Bələdiyyəspor" klubu "Real"a maraqlı və eyni zamanda gülünc təkliflə müraciət edib. Fanat.az xəbər verir ki, həvəskar səviyyəli klubu Madrid təmsilçisinə yoldaşlıq oyunu keçirməyi təklif edib.
Özü də "Tekirova Bələdiyyəspor" "Real"ın Tekirovaya gəlməsini istəyib. Bu bu barədə klubun fəxri prezidenti Yusuf Üras məlumat verib: "Qürurumuz "Qalatasaray"ı Çempionlar Liqasında məyus edən "Real"ı qış fasiləsində təlim-məşq toplanışı keçmək üçün Tekirovaya dəvət etdik. Dünya nəhəngi hesab olunan klub gəlib bir də bizim komanda ilə qarşılaşsın və güclü olan qazansın".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər