21 yaşlı ukraynalını İtaliya nəhəngi istəyir

21 yaşlı ukraynalını İtaliya nəhəngi istəyir

"Şaxtyor"un yarımmüdafiəçisi Georgi Sudakov karyerasını İtaliya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.

Mənbənin məlumatına görə, 21 yaşlı ukraynalının xidmətində "Yuventus"a maraqlıdır. 

Ötən mövsüm  "Şaxtyor"un heyətində bütün yarışlarda 39 oyuna çıxan Sudakov 5 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun Donetsk təmsilçisi ilə müqaviləsi 2028-ci ilin iyunun sonunadək nəzərdə tutulub. "Transfermarkt" portalı Georginin transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər