Səudiyyə Ərəbistanı DÇ-2030-a ev sahibliyi etmək üçün İtaliya ilə ortaq təklif təqdim etməyi planlaşdırır.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, ABŞ-ın "Boston Consultancy Group" şirkəti Səudiyyə Ərəbistanına bu istiqamətdə kömək edir və müxtəlif tərəfdaşlıq variantları irəli sürür.
Əslində təkliflərə Misir və Mərakeş də daxil edilib. Lakin turnirin təhlükəsizliyinə görə bu ölkələrlə əməkdaşlıq baş tutmayacaq.
Bu səbəbdən Səudiyyə Ərəbistanı ilə İtaliya ortaqlığı daha məqsədəuyğun hesab olunur.
Qeyd edək ki, daha əvvəl İngiltərə - İrlandiya və İspaniya - Portuqaliyanın ortaq müraciət etməsi gündəmdə idi.
Emin Şəmsiyev