Türkiyə Kubokunun qalibi müəyyənləşdi

Türkiyə Kubokunun qalibi müəyyənləşdi
Türkiyə Kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.
 
Fanat.Az xəbər verir ki, finalda bir neçə gün öncə Superliqanın qızıl medallarına sahib çıxmış "Beşiktaş” "Antalyaspor”la üz-üzə gəlib.
 
İzmirdə reallaşan həlledici qarşılaşmada Antalya təmsilçisini 2:0 hesabıyla yenən "Beşiktaş” mövsümü "qızıl dubl”la bitirib.
 
Qeyd edək ki, "Beşiktaş” Türkiyə Kubokunda 16-cı dəfə oynadığı final matçından 10-cu dəfə qalib ayrılıb. Bununla da sözügedən komanda ən çox kubok qazanmış "Qalatasaray”ın (18 dəfə) əsas izləyicisinə çevrilib. Üçüncü yerdə 9 dəfə qalib olmuş "Trabzonspor” qərarlaşıb. "Fənərbağça” isə sözügedən turnirin kubokunu 6 dəfə başı üzərinə qaldırıb.
 
Türkiyə Kuboku
Final
18 may
 
Antalyaspor – Beşiktaş 0:2
Qollar: Jozef, 3. Rosier, 30.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər