Türkiyə klubu yeni baş məşqçisini açıqladı

Türkiyə klubu yeni baş məşqçisini açıqladı
Həmzə Həmzəoğlu ilə yolları ayıran "Kayserispor" komandaya yeni baş məşqçi gətirib. 
Fanat.Az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
Kayseri klubu "Denizlispor"un sabiq çalışdırıcısı Yalçın Koşukavakla anlaşıb. 
49 yaşlı mütəxəssislə 2020-21-ci illər mövsümün sonunadək müqavilə imzalanıb.
Bu gün Kayseriyə gələn Koşukavak yeni komandasını "Denizlispor"a qarşı görüşə hazırlayacaq. Sözügedən qarşılaşma çərşəmbə günü "Kadir Has" stadionunda baş tutacaq. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər