Bundesliqa klubu baş məşqçisini qovdu

Bundesliqa klubu baş məşqçisini qovdu
Almaniyanın "Köln” klubu baş məşqçi Markus Qisdolu istefaya göndərib. 
 
Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərə görə, istefaya səbəb  komandanın uğursuz çıxışı olub. Belə ki, "Köln” klubu Bundesliqada ardıcıl 8 oyundur ki, qələbəyə həsrətdir. Hesabında cəmi 23 xalı olan komanda 17-ci pillədə qərarlaşıb. 
Qeyd edək ki, Qisdol 2019-cu ilin noyabrından "Köln”ü çalışdırırdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər