Böyük Dəbilqə: Daha iki cüdoçumuz mübarizəyə başlayır

Böyük Dəbilqə: Daha iki cüdoçumuz mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha iki cüdoçusu Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançılardan Murad Fətiyev 1/16 finalda Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepiyen (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəkidəki Zelim Tçkayev isə 1/32 finalda Fetra Ratsimiziva (Madaqaskar) ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal əldə edib. 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər