Millimizin Avropa çempionatı üçün heyəti

Millimizin Avropa çempionatı üçün heyəti
Aprelin 3-də Rusiyanın paytaxtı Moskvada start götürəcək ağırlıqqaldırma üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, 9 gün davam edəcək yarışda Boyanka Kostova (59 kq) qadınların, Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) kişilərin mübarizəsinə qatılacaq.
İdmançılar baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında çıxış edəcəklər.
Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 361 idmançının (179 qadın + 182 kişi) iştirakı gözlənilir.
Azərbaycanı hakim qismində beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər