Milli komandanın baş məşqçisi qovuldu

Milli komandanın baş məşqçisi qovuldu
Polşa millisi baş məşqçisi Yeji Brjeçeklə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu haqda Polşa Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
 
50 yaşlı mütəxəsis istefaya göndərilib. Qurumun sözçüsü Yakup Kvyatkovski Brjeçekin istefasının səbəbini açıqlamaqdan imtina edib: "İki ildən çox işlədiyi üçün ona minnətdarıq. Hazırda nə olacağı barədə düşünəcəyik. Dünya çempionatının seçmə mərhələsinə iki ay qalıb".
Brjeçek 2018-ci ilin avqustundan Polşa seçməsinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər