Türk klubu baş məşqçisini yolladı

Türk klubu baş məşqçisini yolladı
"Ərzurumspor” baş məşqçisi Mehmet Özdilek istefaya göndərib.
 
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Xəbərə görə, buna səbəb komandanın onun rəhbərliyi altında uğursuz nəticə göstərməsidir. 
 
Belə ki, Super Liqanın 10-cu turunda "Antalyaspor”la 2:2 hesablı bərabərliyə razılaşan "Ərzurumspor” cari mövsümdə cəmi 9 xal toplayıb və 21 kollektiv arasında 17-cidir. 2 qələbə və 3 heç-heçəsi olan komanda qalan qarşılaşmalarında məğlubiyyətə üzülüb.
Qeyd edək ki, Mehmet Özdilek "Ərzurumspor”u bu ilin mart ayından çalışdırırdı.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər