Bundesliqa klubu baş məşqçisini qovdu

Bundesliqa klubu baş məşqçisini qovdu
Almaniyanın "Maynts 05" klubu baş məşqçisi Axim Bayerlortserlə yollarını ayırıb. 
Fanat.Az xəbər verir ki, 53 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırılması barədə qərar çıxarıb. Mövsümün sonuna qədər komandaya Bayerlortserin köməkçisi Yan-Morits Lixte rəhbərlik edəcək. 
Qeyd edək ki, "Maynts 05" ilk turda "Leyptsiq”ə 1:3, növbəti oyunda isə "Ştutqart"a 1:4 hesabı ilə uduzub. Daha əvvəl digər Bundesliqa təmsilçisi "Şalke" baş məşqçisi David Vaqneri istefaya göndərib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər