“Keşlə”nin yeni baş məşqçisi açıqlandı

“Keşlə”nin yeni baş məşqçisi açıqlandı
"Keşlə" Yunis Hüseynovun baş məşqçi postuna təyinatını rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
"Bu gün "Keşlə” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib. Müşavirənin sonunda Yunis Hüseynovun əsas komandamızın yeni baş məşqçisi təyin olunması qərara alınıb. Müşahidə Şurası üzvləri yeni mövsümdə Yunis Hüseynova uğurlar arzulayıb" deyə açıqlamada bildirilib.
55 yaşlı Yunis Hüseynov məşqçi karyerası ərzində "Karvan" (2004-2007, 2008-2009), "Standart" (2007), "Xəzər Lənkəran" (2002, 2015-2016) və "Kəpəz" klublarına (2017) başçılıq edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər