Messidən növbəti rekord

Messidən növbəti rekord
La Liqanın 38-ci turu çərçivəsində "Alaves"lə oynanılan matçda "Barselona"nın hücumçusu Lionel Messi dubl müəllifi olub.
Fanat.Az xəbər verir ki, Messi La Liqada vurduğu qolların sayını 25-ə çatdırıb və cari mövsümü bombardir kimi başa vurub. Beləliklə, Leo 7-ci dəfə Piçiçi mükafatına sahib çıxıb və rekordu ələ keçirib. Daha öncə ən yüksək göstərici Telmo Sarraya məxsus idi.
Argentinalı futbolçu ardıcıl 4-cü dəfədi ki, Primeronun ən məhsuldar oyunçusu olur. Bu mövsüm Messi həm də çempionatda ən çox məhsuldar ötürmə müəllifidi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər