Karyerasını "Real"da bitirmək istəyir

Karyerasını "Real"da bitirmək istəyir
Serxio Ramosun qardaşı və meneceri Rene ispan oyunçunun "Real"la müqavilə yeniləmək ehtimalı barədə danışıb.
Fanat.Az xəbər verir ki, Rene "Marca"ya açıqlamasında Ramosun karyerasını Madrid klubunda bitirmək istədiyini bildirib:
"Futbolda bir anda hər şey dəyişə bilir. Amma indilik hər iki tərəfin niyyəti yaxşıdı. Ümid edirəm, Serxio karyerasını "Real"da bitirəcək. Bu, onun xəyalıdı. Bildiyim qədərilə, klub da əməkdaşlığı davam etdirməkdə maraqlıdı.
Hələlik "Real"la danışıqlara başlamamışıq. Ancaq narahatlığa ehtiyac yoxdu. Klub məsələ ilə bağlı düşündükdən sonra müzakirələrə start verəcəyik".
Daha əvvəl "Real"ın 34 yaşlı futbolçuya birillik müqavilə təklif etdiyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər