Kloze "Bavariya"nın əsas komandasında

Kloze "Bavariya"nın əsas komandasında
"Bavariya"nın sabiq hücumçusu, hazırda "münhenlilər"in U-17 komandasını çalışdıran Miroslav Kloze Hans-Diter Flikin köməkçisi təyin olunacaq.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Kloze təklifi qəbul edib. Geriyə sadəcə müqavilənin imzalanması və proseslərin rəsmiləşməsi qalıb.
41 yaşlı mütəxəssisin bir il ərzində Pro lisenziyasını alacağı gözlənilir.
Kloze 2016-cı ildə karyerasını bitirib. O, 2018-ci ildən bəri "Bavariya"nın U-17 komandasının məşqçisidi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər