Millimizin hücumçusu Rüfət Dadaşovun klubunun - "Proyssen”in baş məşqçisi Sven Hübşeri istefaya göndərilib. Fanat.Az xəbər verir ki, bu barədə3-cü Bundesliqaklubununbaş direktoru Malte Metselder "Sport.de”yə açıqlamasında məlumat verib.
O, baş məşqçi ilə yanaşı, köməkçisi Tobias Helviqin də müqaviləsinə xitam verildiyini bildirib: "Nə qədər çətin olsa da, hər iki məşqçi ilə vidalaşmaq yeganə çıxış yolu oldu. Onlar bütün gücünü klubun yolunda qoydu. Buna baxmayaraq, uzun müddət davam edən uğursuz seriyaya görə addım atmalı idik”. Başsız qalan kollektivi müvəqqəti olaraq klubun U-19 komandasının baş məqçisi Arne Barez çalışdıracaq. Qeyd edək ki, "Proyssen" 17 oyundan sonra 13 xalla 20 komanda arasında 19-cu pillədə mövqe tutub.
Fanat.Az