Super Liqada yeni baş məşqçi

Super Liqada yeni baş məşqçi
"Kayserispor"un yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Super Liqa klubunu Bülent Uyğun çalışdıracaq. Bu barədə Kayseri şəhərinin bələdiyyə sədri Memduh Büyükkılıç məlumat verib.
Bülent Uyğun bu mövsüm "Kayserispor"a təyin edilən 3-cü baş məşqçidi. Ona qədər Hikmət Karaman və Samet Aybaba ilə yollar ayrılıb.
Qeyd edək ki, Bülent Uyğun indiyədək Türkiyənin "Sivasspor", "Bucaspor", "Eskişəhərspor", "Elazığspor", "Qaziantepspor", "Osmanlıspor", Qətərin "Umm Salal", "Əl-Qarafa" və "Əl-Rayyan" klublarını çalışdırıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər