Emil Balayev "ən yaxşı" seçildi

Emil Balayev "ən yaxşı" seçildi
Qazaxıstan çempionatının XIII turunda "Tobol" "Şaxtyor"u 1:0 hesabı ilə məğlub edib. 
Fanat.Az xəbər verir ki, İnStat şirkəti XIII turun ən yaxşılarının siyahısını açıqlayıb. 
"Tobol"un qapıçısı Emil Balayevin komandasının ən yaxşı oyunçusu adını qazanıb. O, oyununa görə 313 xal qazanıb. Emil matçda penaltini dəf edib və 3 real qol vəziyyətinin qarşısını alıb. 
İkinci yeri 285 xalla Bauırjan Turısbek, 3-cü yeri isə 275 xalla Ruslan Valiullin tutub. 
 
Qeyd edək ki, Emil Balayev ötən oyunda da ən yaxşı seçilmişdi. 
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər