Milli komandanın baş məşqçisi qovuldu

Milli komandanın baş məşqçisi qovuldu
Şotlandiya milli komandası baş məşqçisiz qalıb.
Fanat.Az yerli federasiyanın saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Aleks Maklişin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Makliş ötən ilin fevral ayından yığmanı çalışdırırdı. Şotlandiya millisi onun rəhbərliyi altında keçirdiyi 12 oyunda 5 qələbə qazanıb, 7 dəfə isə məğlub olub.
2007-ci ildə də qısa müddət milliyə başçılıq edən Maklişin indiyədək Şotlandiyanın "Mothervell", "Hibernian", "Reyncers", İngiltərənin "Birmingem", "Aston Villa", "Nottingem Forest", Belçikanın "Genk" və Misirin "Zamalek" klublarını çalışdırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər