Bundesliqa klubu baş məşqçisini qovdu

Bundesliqa klubu baş məşqçisini qovdu
Almaniyanın "Nürnberq” klubu baş məşqçisi Mixael Kellner və idman direktoru Andreas Bornemannı istefaya göndərib.
Fanat.Az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı olub. Baş məşqçi vəzifəsi müvəqqəti olaraq komandanın sabiq futbolçusu Marek Mintala tapşırılıb.
Qeyd edək ki, "Nürnberq” 21 turdan sonra 12 xalla, turnir cədvəlində son pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər