"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, İstanbul klubu hollandiyalı Ervin Kumanla müqavilə imzalayacaq.
57 yaşlı mütəxəssis mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək. O, bu mövsüm komandanın Çempionlar Liqasında iştirakını təmin etsə, daha bir il Türkiyə klubunda qalacaq.
Qeyd edək ki, Ervin Kuman "Fənərbaxça"da istefaya göndərilən Filip Kokunun köməkçisi idi.
Fanat.Az