FIFA-nın ilk qadın sekretarı Fatma Samoura iranlı qadınların futbol oyunları zamanı stadionlara gəlməsi üçün bu məqsədlə başladılan kampaniyanın təşkilatçıları ilə görüşəcək.
Fanat.Az xəbər verir ki, Samoura Asiya Futbol Konfederasiyası, Çempionlar Liqasının finalını qadınların da stadiondan izləməsinə dəstək verəcək.
FIFA iranlı qadınların dini əsaslarla stadiondan futbol izləməsinə qoyulan qadağaya çözüm axtarır. Bu üzdən Samoura İrandakı qadağaya qarşı başladılan "Open Stadiums" (Açıq stadionlar) kampaniyasının təmsilçiləri ilə görüşəcək. FIFA-nın sekretarı AFC Çempionlar Liqasının finalını iranlı qadınların da tribundana izləyə bilməsi üçün 200 min imza toplamış kampaniya təmsilçiləri ilə İsveçrədə toplantı keçirəcək.
FIFA başqanı Gianni İnfantino İrana səfər zamanı ölkə prezidenti Hasan Ruhaniyə qanunun dəyişdirilməsini təklif etmişdi.
Fanat.Az