Millimiz FIFA reytinqində irəlilədi

Millimiz FIFA reytinqində irəlilədi
FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 1207 xalla 107-ci pillədə qərarlaşıb.
UEFA Millətlər Liqasında D Liqasının 3-cü qrupundakı rəqiblərdən Kosovo yığması 1 pillə irəliləyərək 1099 xalla 137-ci yeri tutub. Malta isə öz mövqeyini qoruyaraq 927 xalla 183-cü yerdədir. Farer adaları isə 3 pilllə geriləyib. Komanda 1251 xalla 95-cidir.
FIFA-nın reytinq siyahısına 1723 xalla Belçika başçılıq edir. Fransa 1732 xalla ikinci, Braziliya isə 1669 xalla üçüncüdür. 
Türkiyə yığmasının reytinqdə mövqeyi dəyişməyib. Qonşu ölkə 1449 xalla 38-cidir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər