İtaliyanın "Kyevo" klubu baş məşqçisi Lorenzo D`Annanı istefaya gödərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Buna səbəb komandanın uğursuz çıxışı olub.
"Kyevo" rəhbərliyinin baş məşqçi vəzifəsinə Canpyero Venturanı təyin edəcəyi gözlənilir. O, son olaraq İtaliya yığmasına rəhbərlik edib və komandası dünya çempionatına vəsiqə qazana bilmədiyinə görə vəzifəsini itirib.
Qeyd edək ki, "Kyevo" İtaliya A seriyasında 8 turdan sonra -1 xalla sonuncu pillədə qərarlaşıb. Daha əvvəl Verona təmsilçisinin hesabında 3 xal silinib.
Fanat.Az