Türkiyənin "Akhisar Bələdiyyəspor” klubunun yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Super Liqa klubunu bundan sonra Cihat Arslan çalışdıracaq.
Gənc mütəxəssis Akhisar təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb. O, bu postda Safet Suşiçi əvəz edib.
Qeyd edək ki, Cihat Arslan futbolçu karyerasına "Akhisar Bələdiyyəspor"da başlayıb (1989-1990). 2015/16 mövsümündə baş məşqçi kimi bu kluba başçılıq etmiş mütəxəssisin son iş yri "Adanaspor" olub.
Fanat.Az