Millimizin sabiq üzvü Türkiyə klubunda

Millimizin sabiq üzvü Türkiyə klubunda

Millimizin sabiq üzvü Uğur Pamuk karyerasını yenə Türkiyədə davam etdirəcək.

 

 

Fanat.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm formasını geyindiyi "Manisaspor”da qalacaq.

Manisa klubu bir müddət əvvəl onunla yollarını ayırmışdı. Lakin klub rəhbərliyində dəyişiklik olduqdan sonra hər iki tərəf fikrindən daşınıb. Bekə ki, yeni rəhbərlik Pamuka müqaviləni yeniləməyi təklif edib. Hazırda Almaniyada olan Uğurun tezliklə Türkiyəyə qayıdıb yeni müqaviləyə imza atması gözlənilir.

 

 

Qeyd edək ki, "Manisaspor” TFF 1-ci liqanın son mövsümündə 18 iştirakçı arasında 17-ci olub və aşağı liqaya düşüb.

Vaxtilə millimizdə bir neçə oyun keçirmiş Pamuk "Sumqayıt” və "Xəzər Lənkəran”da da top qovub.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər