İspaniya La Liqasının iştirakçısı "Sevilya"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, aprelin 28-də vəzifəsinə son verilən Vinçenzo Montellonun yerinə Pablo Maçin gətirilib.
Klubdan verilən məlumata görə 43 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Karyerasına "Numansiya"da başlayan (2011-2013) Maçin 2014-cü ilin martında başına keçdiyi "Jirona"nı 2016/2017 mövsümündə La Liqaya yüksəltmiş, 2017/18-də isə çempionatı 10-cu yerdə bitirməsinə nail olmuşdu.
Fanat.Az