ÇL-də ilk finalçı "Real" oldu

ÇL-də ilk finalçı "Real" oldu
Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib. Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab qarşılaşması keçirilib.
"Real” "Santyaqo Bernabeu"da "Bavariya”nı qəbul edib. Münhendə rəqibi üzərində 2:1 hesabı ilə qalib gələn son çempion "Real” ardıcıl 3-cü dəfə finala adlamağa nail olub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma qollu bərabərliklə yekunlaşıb. Nəticədə "Real” finala adlayıb və ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qalibi olmaq şansını davam etdirib.
 
Çempionlar Liqası
Yarımfinal 
Cavab oyunları
1 mayp
Real (İspaniya) - Bavariya (Almaniya) 2:2
Qollar: Kərim Benzema, 11; 46 - Coşua Kimmix, 3. Xames Rodriges, 63.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
İlk oyun - 2:1.
Madrid. "Santyaqo Bernabeu” stadionu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər