Millimizin üzvü baş məşqçisiz qaldı

Millimizin üzvü baş məşqçisiz qaldı

Türkiyə Super Liqasında çıxış edən “Bursaspor”da baş məşqçi dəyişikliyi olub. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın da formasını geyindiyi komanda Hamza Hamzaoğlu ilə yolları ayırıb.

 

Bu barədə klubdan açıqlama yayılıb. Hələlik onu kimin əvəzləyəcəyi haqqında məlumat verilməyib.

 

Qeyd edək ki, 18 oyundan sonra aktivində 27 xal olan “Bursaspor” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Yaşıl timsahlar” son 5 oyunun 4-də məğlub olub.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər