Almaniyaın III Bundesliqasında VI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Tuğrul Eratın çıxış etdiyi "Duysburq" "Verder"in ikinci komandasını qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna millimizin üzvü imza atıb. Tuğrul Erat 22-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu onun cari mövsümdə 2-ci qolu olub.
Qeyd edək ki, "Duysburq" 6 turdan sonra 14 xalla turnir cədvəlinə başçılıq edir.
Fanat.Az