Millimizin üzvü Bundesliqada qol vurdu

Millimizin üzvü Bundesliqada qol vurdu

Almaniya III Bundesliqasında V turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın çıxış etdiyi "Duysburq" səfərdə "Maqdeburq"la qarşılaşıb. 

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. Erat oyuna start heyətdə başlayıb. O, 40-cı dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. 44-cü dəqiqədə sarı vərəqə alan futbolçu 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 5 turdan sonra "Duysburq" 20 klub arasında 11 xalla 1-ci yerdə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər