Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov yeni klubu ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, 26 yaşlı hücumçu II "Erzqebirqe Aue" klubuna keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaücan yığmasının üzvü ilə 2 illik müqavilə imzalanıb.
Komandanın baş məşqçisi Pavel Dotçev futbolçumuzla bağlı müsbət fikirlər söyləyib: "Biz Nazarovu yaxşı tanıyırıq. Onun bacarığını "Preusen Münster" və "Karlsruher"də görmüşük. Onun hücum xəttimizi gücləndirəcəyinə inanırıq".
Qeyd edək ki, Nazarov 2013-cü ildən "Karlsruher"də çıxış edirdi.

Fanat.az