Kamran Ağayev Super Liqada!

Kamran Ağayev Super Liqada!

Mövsüm başa çatdıqdan sonra "İnter"dən ayrılan Kamran Ağayevin yeni klubu müəyyənləşmək üzrədi. 

Onun "Neftçi"yə keçəcəyi gözlənilsə də, millimizin qapıçısı legioner həyatı yaşamaq niyyətindədi.

Sport7.az-ın əldə etdiyi məlumata görə, təcrübəli qolkiper İrana yollanmaqda maraqlıdı. Belə ki, o, İran Super Liqasına yeni vəsiqə qazanan Təbrizin "Maşinsazi" klubu ilə danışıqlar aparır. Tərəflər arasında razılıq əldə olunsa, Ağayevin sözügedən kluba transferi reallaşacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər