Avropa çempionatında Çexiyanı yenərək 1/8 finala çıxmaq şansını saxlayan Türkiynin taleyi son iki qrupdakı oyunlardan aslıdı. Ən yaxşı 4 üçüncüdən biri olmaq istəyən "ay-ulduzlular"ın mərhələ adlayıb-adlamayacağı bu gün baş tutacaq oyunlardan aslı olacaq.
Fanat.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 20.00-da başlayacaq F qrupunun Macarıstan - Portuqaliya oyunu bu baxımdan çox önəmlidi. 4 xalı olan macarlar 2 xalı olan portuqaliyalıları yensə, Türkiyə ən yaxşı üçüncüdən biri olacaq.
Bu baş verməsə, diqqətlər E qrupuna yönəcək. Bu qrupda 1 xalı olan İrlandiya İtaliyanı, İsveç isə Belçikanı məğlub edə bilməsə, Türkiyə 1/8 finala çıxacaq.
Fanat.az