Sərgən Yalçın Super Liqada

Sərgən Yalçın Super Liqada
Sərgən Yalçın yenidən Super Liqada çalışıacaq. Fanat.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "Qaziantepsor"un baş məşqçisi təyin edilib.
O, yeni vəzifəsində Mutlu Topçunu əvəzləyib. Türkiyə millisinin sabiq futbolçusunun köməkçiləri də bəlli olub. Ona Qaziantep təmsilçisində Çağdaş Atan və Gürsoy Yalçın köməklik edəcək.
Qeyd edək ki, "Qaziantepspor" hazırda 32 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Sərgən Yalçının son klubu "Sivasspor" klubu olub. O, 2014/15 mövsümündə bu komandanı çalışdırıb. Sərgən Yalçın 2013/14 mövsümündə "Qaziantepspor"a başçılıq edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər