Premyer Liqanın XXVI turunda "İnter"lə qarşılaşacaq "Xəzər Lənkəran" meydana tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Lənkəran klubu iki əsas heyət üzvündən məhrum olacaq.
Komandanın əsas qapıçısı Orxan Sadıqlı cəza üzündən meydandan kənarda qalacaq. Qolkiper ötən tur sarı vərəqə limitini doldurub.
Tural Qürbətov da meydana çıxa bilməyəcək. Belə ki, onun transfer hüququ "İnter"ə məxsusdu və müqaviləyə əsasən klubuna qarşı oynaya bilməz.
Fanat.az