Basketbol üzrə milli komandamızın baş məşqçisi Elxan Əliyev istefaya göndərilib. Fanat.az xəbər verir ki, səbəb komandanın uğursuz çıxışı olub.
Azərbaycan Basketbol Federasiyası bu səbəbdən Elxan Əliyevi istefaya göndərib. O, 2003-cü ildə yığma komandaya baş məşqçi təyin edilən Rimas Kurtinaytisin köməkçisi olmuş Elxan Əliyev litvalının gedişindən sonra onu əvəz etmişdi.
Bu gün Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin iclası keçirilib. İclas iştirakçıları Samit Nuruzadəni baş məşqçi təyin edib.
Fanat.az