Millinin baş məşqçisi istefa verdi

Millinin baş məşqçisi istefa verdi
Nigeriya milli komandasının baş məşqçisi Sunday Oliseh istefa verib. Fanat.az xəbər verir ki, 41 yaşlı mütəxəssis bu barədə sosial mediada açıqlama yayıb.
Oliseh bildirib ki, müqaviləsindəki maddələr yerinə yetirilmədiyi, özünə, köməkçilərinə və futbolçulara ödənməli olan məbləğ federasiya tərəfindən verilmədiyi üçün istefa verib.
Qeyd edək ki, ötən ilin yayında Stepan Keşinin yerinə keçən 41 yaşlı nigeriyalı mütəxəssis 1993-2002-ci illərdə Nigriya millisində 54 oyun keçirərək 2 qol vurub. Futbolçu karyerası ərzində Avropada "Borussiya" (Dortmund), "Yuventus", "Ayaks", "Köln", "Genk", "Bohum" kimi klubların formsını geyinmiş Oliseh Nigeriya millisindən əvvəl Belçikanın "Vervietois" klubuna başçılıq edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər