Milli komandada yeni baş məşqçi

Milli komandada yeni baş məşqçi
Kamerun milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, Afrika təmsilçisi Hüqo Brossa tapşırılıb.
O, bu postda ötən ilin sonlarında istefaya göndərilən Volker Finki əvəzləyib. Son üç ayda baş məşqçini əvəzləyən Aleksandr Belinqa isə Brossun köməkçisi təyin edilib. 
Qeyd edək ki, 63 yaşlı belçikalı mütəxəssis indiyədək Belçikanın "Molenbeek", "Brügge", "Ekselsior", "Anderlext", "Genk", "Sulte Varegem", Yunanıstanın "Panserraikos", Türkiyənin "Trabzonspor", Əlcəzairin "Kabile" və "Hüseyn Dey" klublarını çalışdırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər