Çili milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, Cənubi Amerika ölkəsinin komandasını bundan sonra Xuan Antonio Pizzi çalışdıracaq.
47 yaşlı mütəxəssis komandanı "DÇ-2018"in seçmə mərhələsinə və 2017-ci ildə keçiriləcək Konfederasiyalar Kubokuna hazırlayacaq. O, bu postda 2015-ci ildən Çili millisini çalışdıran Xorxe Sampaolini əvəzləyib.
Qeyd edək ki, argentinalı mütəxəssis vətənində "Kolon Santa Fe", "Rosario Sentral", "San Lorenzo", Peruda "Universidad San Martin", Çilidə "Santyaqo Morninq", "Universidad Katolika", İspaniyada "Valensiya" və Meksikada "Leon" klublarını çalışdırıb.
Fanat.az