Millimizin üzvü Super Liqa klubunda debüt etdi

Millimizin üzvü Super Liqa klubunda debüt etdi
Azərbaycan yığmasının üzvü Cem Fələk Türkiyənin "Antalyaspor" klubunda debüt edib. Fanat.az xəbər verir ki, 20 yaşlı futbolçu Super Liqa klubunun əsas heyətində ilk oyununa çıxıb.
Mövsümün əvvəlində "Karagümrük"dən icarəyə götürülən futbolçu Türkiyə Kubokunun "Giresunspor"la oyununda meydana çıxıb. O, matçın 62-ci dəqiqəsində Halil Tunanı əvəzləyib.
"Xəzər Lənkəran"ın sabiq üzvü Etame Mbilla da matçın iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana çıxıb və 72-ci dəqiqədə "Antalyaspor"a qələbə qazandıran qola imza atıb - 1:0.
Qeyd edək ki, qruplarda son turun oyunları yanvarın 27-də keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər