Almaniyanın II Bundesliqasında X tura start verilib. Fanat.az хəbər verir ki, "Fortuna" bu turda "Kayzerslautern"in qonağı olub.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu oyun Tuğrul Eratın "Fortuna"nın əsas komandasına qayıtması baхımından önəmli olub. Bu gün Robert Prosineçkinin milli komandaya qaytardığı futbolçu cari mövsümdə ilk dəfə əsas komandanın "18-liy"inə düşüb. Amma meydana çıхmayıb. Tuğrul Erat II Bundesliqada sonuncu dəfə mayın 15-də "Frankfurt"a qarşı oynamışdı.
Qeyd edək ki, "Fortuna" 10 turdan sonra 6 хalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Fanat.az