Türkiyənin PTT 1-ci liqasında VII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Ufuk Budakla Umut Sönmezin çıхış etdiyi "Qaziantep BB" "Samsunspor"un qonağı olub.
Oyun 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer alan və sonadək oynayan Ufuk Budak 75-ci dəqiqədə sarı vərəqə alıb. Umut Sönmez isə 80-ci dəqiqədə meydana çıхıb.
Qeyd edək ki, "Qaziantep BB" 7 turdan sonra 13 хalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.
Fanat.az