Tərlan Əhmədov: "Komandamı tanıya bilmədim"

Tərlan Əhmədov: "Komandamı tanıya bilmədim"

Tərlan Əhmədov "Sumqayıt"la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi oyundan sonra bunları deyib: 

"İki fərqli hissə izlədik. İlk hissədə komandamı tanıya bilmədim. Amma ikinci hissədə əzmkarlıq vardı. Komanda ayıldı. Düşünürəm ki, bu oyunla vəziyyəti dəyişdik. Həm qol vurduq, həm də xal qazandıq. Buna görə futbolçulara təşəkkür edirəm. Ağır vəziyyətdə olmağımıza baxmayaraq, mübarizəni davam etdirirlər. “Sumqayıt”la oyuna qədər də yaxşı futbol sərgiləyirdik. Bu dəfə həm yaxşı oyun sərgilədik, həm də xal əldə etdik”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər