"Xəzər Lənkəran" rəqib tapdı

"Xəzər Lənkəran" rəqib tapdı

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada verilən fasilə müddətində “Xəzər Lənkəran” hazırlığını Lənkəranda davam etdirir. Fanat.az xəbər verir ki, komanda son dörd  günü gün ərzində iki məşq olmaqla hazırlığını Lənkərandakı bazasında keçirir. 

Məşqlərdə milli komandaların düşərgəsinə çağrılan Rahid Əmirquliyev, Ruslan Abışov, Vüqar Nadirov, Elnur Cəfərov və U-21 millimizə dəvət alan İlyas Səfərzadə ilə Orxan Əliyev iştirak etmir. 

Sabah bir məşqlə hazırlığı tamamlayan komanda sentyabr ayının 2-də əvəzedici heyətlə yoxlama xarakterli oyun keçirərək fasilə müddətindəki hazırlığın ilk mərhələsini yekunlaşdıracaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər